Emin Mahmudov: “Əsas odur ki, son məğlubiyyətdən sonra xarakter göstərə bildik”

Azərbaycan millisi səfərdə Latviya futbolçularına 3:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra yarımmüdafiəçimiz Emin Mahmudov bunu deyib:

“Nəticəyə baxmayaraq, çətin matç oldu. Aqressiv oyun göstərə bildik. Məşqçinin istədiyi hücum futbolunu nümayiş etdirə bildik.

Düzdür, topu arzulanan səviyyədə idarə edə bilmədik. Əsas odur ki, son məğlubiyyətdən sonra xarakter göstərə bildik”.

Həmin kateqoriyadan