Havalansın Xanın səsi – “Qarabağ”ın xal siftəsi!

Bu gün “Qarabağ” çempionlar liqasının “C” qrupunda növbəti oyununa çıxdı. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu 3-cü turda Bakı olimpiya stadionunda Madrid “Atletiko”sunu qəbul etdi. “Qarabağ” avrokubokda ilk dəfə İspaniya klubu ilə üz-üzə gəldi.

Qurban Qurbanovun komandası ilk ev görüşündən fərqli, bu dəfə daha əzmkar və dayanıqlı oldu. Bərabər səviyyəli mücadilədə qalib də gələ bilərdik. Amma fransalı baş hakimin haqsız yerə Dino Ndlovunu meydandan qovması işi çətinləşdirdi.

Halbuki o, qırmızı vərəqə göstərilən məqamda rəqib qapısına 11-metrlik cərimə zərbəsi təyin etməliydi. Hər halda, Azərbaycan çempionu ən mötəbər klub yarışında ilk xalını qazanmağı bacardı.

Həmin kateqoriyadan