İbrahim Şehiçlə Dedimar Fereyraya 3 oyunluq cəza verilib

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra premyer liqanın 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qarabağ” – “Sumqayıt” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 30-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu İbrahim Sehiç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub.

“Kəpəz” – “Səbail” matçında hər 2 tərəfin 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb. Bu səbəbdən, komandalar 800 manat cərimələniblər. Görüşün 5-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Dedimar Fereyra aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu üzdən, futbolçu 3 oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub.

Həmin kateqoriyadan