“Kəpəz” meydanı sulamadığı üçün 800 manat cərimə ödəyəcək

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra premyer liqasının 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Kəpəz” – “Qarabağ” matçında ev sahibi meydanı sulamadığına görə 800 manat cərimə olunub.

“Zirə” – “Neftçi” matçında qonaqların azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan əsasında “qartallar”ın təqdim edəcəyi hesab “Neftçi” klubu tərəfindən ödənilsin.

Həmin kateqoriyadan