Keçmiş futbolçusu ilə anlaşdı

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Sadiq Quliyevlə 1-illik anlaşıblar. Bu klubun akademiyasının yetirməsi olan 24 yaşlı müdafiəçi 13 çempionat, 3 kubok və 1 avrokubok matçında iştirak edib.

“Qəbələ”dən başqa yalnız “Zirə”də çıxış edən Sadiq 2015/16 mövsümündə və 2016-19-cu illərdə paytaxt təmsilçisində çıxış edib. O, premyer liqada ümumilikdə 74 oyun keçirib. Müdafiəçi Azərbaycanın U-17, U-19, U-21 və U-23 yığmalarının da heyətində forma geyinib.


Həmin kateqoriyadan