“Keşlə”yə qarşı Donaldsız

Premyer liqasının 25-ci turunda “Keşlə”ni qəbul edəcək “Qarabağ” bir futbolçusundan yararlana bilməyəcək.

Allsport.az saytı xəbər verir ki, söhbət, haitili müdafiəçisi Donald Geryedən gedir. O, ötən turun “Sabah”la görüşündə (3:0) sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Aprelin 18-də matça saat 19:00-da start veriləcək.

Həmin kateqoriyadan