“Kimyaçılar” məşqləri bərpa edib

Ötən tur “Kəpəz” klubunu yenən “Sumqayıt” istirahəti başa vuraraq çalışmaları bərpa edib. Allsport.az saytı xəbər verir ki, komanda bu gün saat 16:00-da doğma meydanda Samir Abbasovun rəhbərliyi ilə məşqə çıxıb. Hazırlığı rəhbərlik də izləyib.

Cavid İmamverdiyev, Amil Yunanov, Rəşad Eyyubov və Tural Axundov əsas, Ülvü İsgəndərov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev isə U-21 millinin toplanışında olduğundan məşqdə iştirak etməyiblər.

Əvəzedici heyətdən isə bir neçə futbolçu hazırlığa cəlb olunub. 1.5 saat davam edən məşqin ilk hissəsi yüngül qaçış, ikinci hissəsi isə toplu çalışmalarla keçirilib.

Qeyd edək ki, “Sumqayıt” həftə sonu yoxlama görüşü keçirməyi planlaşdırır.

Həmin kateqoriyadan