Klublar komitəsinin iclası olub

Bu gün “Bulvar” mehmanxanasında klublar komitəsinin iclası keçirilib.

Allsport.az saytı xəbər verir ki, toplantıda Topaz premyer liqasında mübarizə aparan “Neftçi”, “Qarabağ”, “Səbail”, “Sabah”, “Qəbələ”, “Sumqayıt”, “Zirə” və “Keşlə” klublarının nümayəndələri, həmçinin AFFA-nın baş katibi Elxan Məmmədov, baş katibin müavini Sərxan Hacıyev, hakimlər departamentinin sədri Fritz Stuchlik, peşəkar futbol liqasının baş direktoru Məlik Həsənov, texniki idman şöbəsinin rəisi Nihad Məmmədov iştirak ediblər. 

Yığıncaqda ölkə futbolu ilə bağlı məsələlər müzakirə olunub.

Həmin kateqoriyadan