“Köhlən atlılar” UEFA klub əmsalında 78-ci yerə yüksəlib

Çempionlar liqasının qrupunun 3-cü turundan sonra klubların yeni reytinqi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, Bakı olimpiya stadionunda Madrid “Atletiko”su ilə heç-heçə edən “Qarabağ” mövqeyini yaxşılaşdırıb.

Hesabında 23,275 xal olan “köhlən atlılar” 78-ci pilləyə yüksəlib. Azərbaycanın digər klublarına gəlincə, “Qəbələ” 157-ci, “Neftçi” 189-cu, “İnter” isə 216-cı yerdədirlər.

Həmin kateqoriyadan