“Mənə olan etimadı tam doğruldacağam”

Milli futbolçu Cavid İmamverdiyev “Sabah”la 3-illik anlaşıb. Allsport.az saytı xəbər verir ki, o, keçidi ilə bağlı bunu deyib:

“Sabah”a keçməklə karyeramda yeni səhifə açdım. Klub ilk dəfə ölkə çempionatında çıxış edəcək. Yeni komanda yığılır. Keçdiyimə görə məmnunam. Premyer liqada uğurlu çıxışına öz oyunumla töhfə vermək istəyirəm. Əsas məqsədim həm klub rəhbərliyinin, həm də baş məşqçinin mənə olan etimadını tam doğrultmaqdı”.

28 yaşlı futbolçu karyerası ərzində “Karvan”, “Neftçi”, “Elazığspor” (Türkiyə) və “Sumqayıt”ın uğurları üçün çalışıb. O, Azərbaycan yığmasında 7 oyunda 1 qol vurub. Bu il millinin 6 görüşünün hamısında fürsət qazanıb.

Həmin kateqoriyadan