Milli komandamız “Atletiko”nu darmadağın etdi

Futzal üzrə Azərbaycan milli komandası Moldovada yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, Kişinyovun “Atletiko” klubu ilə qarşılaşan millimiz 7:1 hesabı ilə qələbə qazanıb.

Futzalçılarımızdan Ramiz Çovdarov və Vahib Xodjayev dubl edib. Hərəyə 1 dəfə Namiq Məmmədkərimov, Fərid Atakişiyev və Sami Həmzəyev fərqlənib.

Həmin kateqoriyadan