Millimiz birdən-birə 23 pillə gerilədi, 115-ci yerə endi

FIFA milli komandaların növbəti əmsal cədvəlini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində keçirilmiş son oyunlar siyahıda ciddi dəyişikliyə səbəb olub. “Ay-ulduzlular”ımız ilk “100-lüy”ü tərk edib.
Çex Respublikasına (1:2), sonra Almaniya (1:5) futbolçularına uduzan bizimkilər, ötən sıralama ilə müqayisədə 23 pillə geriləyib. Sentyabrda 388 xalla 92-ci olan yığma, hazırda 273 xalla 115-ci yerə enib.
Ümumən, Azərbaycan son bir ayda ən çox mövqeyini itirən 3-cü ölkədir. Yalnız Ekvador və Litva bizdən daha artıq, 25 pillə geriləyib.

Həmin kateqoriyadan