Millimizin futbolçusu 56-cı dəqiqədə meydana girdi, komandası “Ermis”i darmadağın etdi

Kipr 1-ci divizionunda 25-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin çıxış etdiyi “Anortosis” evdə “Ermis”lə qarşılaşıb.

Futbolçumuzun komandası görüşdən qələbə ilə ayrılıb – 4:0. Həmyerlimiz 56-cı dəqiqədə meydana girib, 3-cü qolunun vurulmasında faydalı olub.

Famaqusta təmsilçisi 53 xalla 14 iştirakçı arasında 3-cü yerini qoruyur.

Həmin kateqoriyadan