- Baxış sayı: 30
- 26 Aprel 2024 21:10
- Baxış sayı: 50
- Aprel 23, 2024
- 0
Türkiyə PTT 1-ci liqasında 17-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuq Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Dənizlispor”la qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Millimizin sabiq üzvünün adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, “Qaziantep BB” hazırda 24 xalla 8-ci pillədə qərarlaşıb.