Millimizin seçmə mərhələ üçün heyəti müəyyənləşdi

Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində çıxış edəcək heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, millimizin baş məşqçisi Toni Peres adları aşağıda göstərilən 14 futzalçıya güvənib:

Rövşən Hüseynli, Elnur Zamanov, Rizvan Fərzəliyev, Vitali Borisov, Rafael Durval, Auqusto Sezar, Amadeu Fernandes, Ramiz Çovdarov, Samir Həmzəyev, Zeynal Zeynalov, Fineo de Araujo, Andre Junior de Kampos, Eduardo Mello Borges, Sergey Çuykov.

Millimizin seçmə mərhələdə keçirəcəyi oyunların təqvimini bir daha diqqətinizə çatdırırıq:

10 dekabr, saat 20:00
Azərbaycan – İsveç

11 dekabr, saat 20:30
Belarus – Azərbaycan

13 dekabr, saat 22:30
Azərbaycan – Xorvatiya

Qeyd edək ki, bütün oyunlar Xorvatiyanın Osiyek şəhərindəki “Dvorana Gradski VRT” idman kompleksində keçiriləcək. Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Həmin kateqoriyadan