“Portuqaliya, Fransa və ya İngiltərə”

“Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo Avro-2024-ün əsas favoritlərini sadalayıb.

Allsport.az xəbər verir ki, bu barədə o, “Metro” nəşrinə açıqlama verib:

“Məncə, 3 ən güclü komandadan biri qalib gələcək – Portuqaliya, Fransa və ya İngiltərə. Sürprizlər olur, bəli, amma oyunçuların keyfiyyətinə və kəmiyyətinə baxanda düşünürəm ki, Portuqaliya bu turnirdə qalib gəlmək üçün getməlidir”.

Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Həmin kateqoriyadan