“Mudno Deportivo”dan düzəliş: “erməni “Qarabağ”ına qarşı” ifadəsi “Azərbaycan “Qarabağ”ı”yla əvəzləyib

“Mudno Deportivo” portalı Madrid “Atletiko”sunun futbolçusu Yannik Korasko haqqında yaydığı məqalədə, bu klubun “erməni “Qarabağ”ına qarşı” oynamasını yazaraq səhvə yol verib. Allsport.az saytı  xəbər verir ki, Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin operativ müdaxiləsi nəticəsində bu səhv aradan qaldırılıb. Yazıda ifadə “Azərbaycan “Qarabağ”ı” ilə əvəzlənib.

AzərTAc-ın məlumatına görə, son günlərdə Pireney mətbuatında Azərbaycan, “Qarabağ” klubu, Ağdam haqında çox sayda məqalə və məlumat dərc olunub. “Marca”, “AS”, “ABC” və digər KİV kimi “Mundo Deportivo” portalı da bu mövzuda bir neçə yazı dərc edib.

Həmin məqalələrdə Azərbaycanın iqtisadi inkişafından, Bakının müasirliyindən, “Qarabağ” klubunun vətəni olan Ağdam şəhərinin müharibə nəticəsində işğal olunub dağıdılmasından söz açılıb və “Qarabağ”ın Azərbaycan çempionu olması qeyd edilib.

Həmin kateqoriyadan