“Neftçi” – “Keşlə” matçını o idarə edəcək

Premyer liqanda 5-ci turun oyunları üçün təyinatlar müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, sentyabrın 22-də “Bakcell arena”da “Neftçi” – “Keşlə” görüşünü İnqilab Məmmədov idarə edəcək.

Ona Pərvin Talıbov, Rahil Ramazanov və Rəşad Əhmədov kömək edəcəklər. Görüşün AFFA nümayindəsi Əsgər Əmirəliyev, hakim-inspektoru isə Ceyhun Haşımov olacaq.

Qeyd edək ki, matç saat 18:30-da start götürəcək.

Həmin kateqoriyadan