“Neftçi” Mirabdulla Abbasovla sözləşməni uzadıb

“Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini artırıb. Allsport.az saytı xəbər verir ki, Mirabdulla Abbasov 2019/2020 mövsümünün sonunadək bu komandanın formasını geyinəcək.

Ötən çempionat 30 oyunda 6 qol vurmuş 23 yaşlı hücumçunun bundan əvvəlki müqaviləsinin müddəti 2018/2019 mövsümünün sonunda bitəcəkdi.

Bundan öncə Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk, Soni Mustivar və Namiq Ələsgərovla müqavilə yenilənmişdi.

Həmin kateqoriyadan