“Neftçi” yeni təqvim ilində ilk sınaq oyununu “Keşlə”yə qarşı keçirəcək

“Neftçi” yeni təqvim ilində ilk oyununu yanvarın 14-də keçirəcək. Allsport.az saytı xəbər verir ki, bayraqdar həmin gün “Keşlə” klubu ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq yoxlama oyunu saat 15:00-da başlanacaq.

Yanvarın 17-dən etibarən Türkiyədə keçiriləcək təlim-məşq toplanışı çərçivəsində nəzərdə tutulan hazırlıq görüşlərindən birində isə rəqib dəyişib. “Neftçi” yanvarın 25-də Odessa “Çernomores”i ilə deyil, Sofiya “Slaviya”sı ilə üz-üzə gələcək.

Xatırladaq ki, “Neftçi” Antalyada təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, 25-də Rumıniyanın “Konkordiya”, 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə də qarşılaşacaq.

Həmin kateqoriyadan