“Neftçi”nin qapıçısı millidən kənarlaşdırılıb

Antalyada toplanışında olan U-21 yığmamızın heyətində dəyişiklik baş verib. Allsport.az saytı xəbər verir ki, “Neftçi”dən dəvət edilən qapıçı Kamran İbrahimov hazırlıqda iştirak etməyəcək.

Yeni transfer Aqil Məmmədov zədələndiyinə görə, “Neftçi” klubunun rəhbərliyi millinin baş məşqçisindən İbrahimovun toplanışdan azad edilməsini xahiş edib.

U-21 toplanış çərçivəsində yanvarın 24-də, Bakı vaxtı ilə saat 12:00-da “Spartak-2” komandası ilə yoxlama oyunu keçirəcək. 

Həmin kateqoriyadan