Ölkə çempionu “Lans”ın fransalı futbolçunu alıb

Yeni mövsümə hazırlığını davam etdirən “Qarabağ” heyətini gücləndirməyə davam edir. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu fransalı futbolçu Abdulla Zubiri heyətinə qatıb. Onunla 2-illik anlaşılıb.

Peşəkar karyerasına Fransada 2011-ci ildə “Qrenobl” klubunda başlayan yarımmüdafiəçi, bir mövsüm sonra eyni ölkənin “İstr” klubuna keçib. 2013/14-cü illər mövsümünün ikinci yarısında icarə əsasında Şotlandiyanın “Hibernian” klubunda çıxış edib, daha sonra yenidən müqaviləylə məxsus olduğu “İstr” klubuna qayıdıb.

2015/16-ci illər mövsümündə Rumıniyanın “Petrolul” klubuna transfer olunub. Sonra Fransanın “Lans” klubuna keçən fransalı yarımmüdafiəçi son iki mövsümü burada keçirib. 26 yaşlı transferimiz “Lans” formasıyla meydanda olduğu 70 oyunda 6 qol və 12 məhsuldar ötürməylə yadda qalıb.

Həmin kateqoriyadan