Ömər Buludov: “Keşlə” asan rəqib deyil

“Neftçi”nin müdafiəçisi Ömər Buludov açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, “Keşlə” üzərində qələbə (2:0) sevincini belə bölüşüb:

“Oyun yaxşı keçdi. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Çətin olsa da, qələbə qazadıq. 3 xal bizim üçün vacib idi.

“Keşlə” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşsa da, asan rəqib deyil. Bunu oyun da göstərdi. Buna görə də ciddi hazırlıq keçmişdik. Çox şadam ki, qalib gəldik”.

Həmin kateqoriyadan