Öncə Roberto Bordin, sonra Neboyşa Viqneviç

Avropa liqasının ilk təsnifatında iyulun 12-də “Dalğa arena”da “Neftçi” – “Uypeşt” oyunu öncəsi “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordinin mətbuat konfransı olacaq.

Allsport.az saytı xəbər verir ki, tədbir sabah saat 19:30-da başlanacaq. Konfransdan sonra, saat 20:00-da komandanın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.

Həmin gün “Dalğa arena”da “Uypeşt” klubunun baş məşqçisi Neboyşa Viqneviçin də mətbuat konfransı və komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 20:30-da, məşq isə saat 21:00-da başlanacaq.

Tədbirlərdə iştirak etmək istəyən jurnalistlər üçün “Neftçi” tərəfindən avtobus ayrılacaq. Avtobus saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunun qarşısından yola düşəcək. Saat 19:00-da isə “Dalğa arena”nın media üçün ayrılmış iş otağında qeydiyyatdan keçmiş jurnalistlərə oyun üçün akkreditasiyalar təqdim ediləcək.

Həmin kateqoriyadan