“Özbəklərin çox yaxşı komandaları var”

“Keşlə” Türkiyə toplanışında ilk yoxlama oyununda Özbəkistanın U-23 komandası ilə qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, müdafiəçimiz Slavik Alxasov görüşdən razı qaldığını deyib:

“Mövsümün ikinci yarısına hazırlığa Bakıda başladıq və intensiv məşq etdik. Antalyada məşqlər də eyni tempdə keçir. Ümumilikdə təlim-məşq toplanış prosesi yaxşı keçir və məşq hazırlığını yüksək səviyyədə həyata keçirməyə çalışırıq.

Toplanış çərçivəsində ilk matça da çıxdıq. Ağır məşqlərdən sonra Özbəkistanın U-23 milli komandasına qarşı oynamaq heç də asan olmadı. Özbəklərin çox yaxşı komandaları var. Ümumiyyətlə, ilk oyun həmişə ağır olur. Əsas işimiz çempionata yaxşı hazırlaşmaqdı”.

Həmin kateqoriyadan