Pavel Paşayevli “marallar” Donetskdə “Şaxtyor”la bacarmayıb

Ukrayna premyer-liqasının 19-cu turunda millinin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” Donetskdə lider “Şaxtyor”a 0:2 uduzub.

Allsport.az saytı xəbər verir ki, futbolçumuz start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Marallar” 36 xalla 12 klub arasında 3-cü pillədə yerini qoruyub.

Həmin kateqoriyadan