“Proqres”in idman direktoru “Qəbələ”ni tərifləyib

“Proqres”in idman direktoru Tomas Giqlemann püşkü dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, Lüksemburq klubunun rəsmisi futbolinfo.az-a açıqlamasında Avropa liqasında üz-üzə gələcəkləri “qırmızı-qaralar”ı təhlükəli rəqib sayır:
“Qəbələ” çox yaxşı komandadır. Onlar son illərdə Avropa liqasında xeyli uğur qazanıb, iki dəfə qrupda oynayıblar. Görünür ki, bizi həddən artıq ciddi sınaq gözləyir. Azərbaycan klubu birmənalı olaraq favoritdir. Biz isə autsayderik. Lakin əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə yüksələk. “Qəbələ”nin son oyunlarını izləmişik və yaxşı hücumçuları var. Növbəti günlərdə daha ətraflı məlumatlar toplayıb hazırlaşacağıq”.
Klub rəsmisi komandanın baş məşqçisinin və əsas oyunçularının “Qəbələ”ni tərk etdiyindən xəbərdar olduğunu bildirib: “Düzdür, son mövsümdə olan bir neçə futbolçu komandadan gedib və baş məşqçi dəyişib. Amma bizim digər komandalar Azərbaycan klublarına qarşı oynayıblar. Səviyyə fərqi ortadadır. Lakin bütün bu amillər indiki halda mənə və komandama maraqlı deyil”.

Həmin kateqoriyadan