“Qəbələ” 4 itki ilə hazırlaşır

“Qəbələ” yeni mövsümə hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, Avropa liqasının 2-ci təsnifatında Tiflis “Dinamo”su ilə oyunlardan sonra məşqlərə ara verən “qırmızı-qaralar” ötən gün Bakıda toplaşıb. 

Futbolçular əsasən toplu və topsuz çalışmalar yerinə yetiriblər. Hazırlıqda zədəli İvitsa Juniç, Yusif Nəbiyev və Kristian Kouakou iştirak etməyib. Davit Volkov fərdi hazırlıq keçib.



Həmin kateqoriyadan