“Qəbələ” avrokubokun hazırlığına başlayıb

“Qəbələ” yeni mövsümünün hazırlıqlarına start verib. Allsport.az saytı xəbər verir ki, Avropa liqasında da çıxış edəcək “qırmızı-qaralar” dünən evdə bir araya gəlib. Komanda ilk məşqini doğma stadionda gerçəkləşdirib. Öncə fitnes zalında fiziki hazırlıq keçən futbolçular ardınca meydanda toplu çalışmaları yerinə yetirib.
Baş məşqi Sənan Qurbanovun rəhbərliyi ilə keçən məşq prosesində “Kəpəz”də icarə müddəti başa çatan Roman Hüseynov da iştirak edib. “Sumqayıt”dan qayıdan Bəhlul Mustafazadə, həmçinin U-21-in düşərgəsindən dönən digər futbolçular hazırlıq prosesinə iyunun 14-də qoşulacaq. Onlar kimi əsas millinin üzvləri də hazırlıq prosesinə qatılmayıblar.
Qeyd edək ki, iyunun 18-dək Qəbələdə hazlrlıq keçəcək “qırmızı-qaralar” ayın 20-də Sloveniya təlim-məşq toplanışına yollanacaq.

Həmin kateqoriyadan