“Qəbələ” Zalsburq toplanışına start verib

“Qəbələ” yeni mövsüm üçün 2-ci təlim məşq-toplanışına start verib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” iyunun 27-də Avstriyanın Zalsburq bölgəsində bir araya gəlib. Komanda hazırlığın ilk gününü bir məşqlə tamamlayıb.

Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi toplu çalışmalardan ibarət olub. Roman Qriqorçukun yetirmələrinin bu günə iki məşqi nəzərdə tutulub. İlk hazırlıqda fiziki hazırlıq üzərində çalışacaq komanda günün ikinci yarısında meydanda məşq edəcək.

Xatırladaq ki, iyunun 3-də Bakıda bir araya gəlib, ayın 7-23-də Avstriyanın Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışında olan “Qəbələ”nin hazırlığın 2-ci hissəsi iyulun 9-dək davam edəcək. Bu müddətdə komanda 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

Həmin kateqoriyadan