“Qarabağ” çempionlar liqasının ümumi əmsalında Top-100-ə düşüb

UEFA 1955-ci ildən indiyə qədər çempionlar liqasında çıxış etmiş bütün klubların reytinqini açıqlayıb.

Allsport.az saytı xəbər verir ki, siyahıda “Qarabağ”ımızın da adı var. 63 il ərzində 4-ü təsnifat, 1-i isə qrup mərhələsi olmaqla, ümumilikdə 5 dəfə qitənin bir nömrəli klub turnirində mübarizə aparan “köhlən atlılar”, 33 xalla 100-cü pillədə qərarlaşıb.

Çempionlar liqasında 30 oyun keçirən Qurban Qurbanovun komandası bu matçların 11-də qələbə qazanıb, 11-də heç-heçə edib və 8-də məğlub olub.

Həmin kateqoriyadan