“Qarabağ” Donetsk “Şaxtyor”unun qapıçısını transfer edib

Yeni mövsümü üçün heyətini gücləndirməyi qarşıya məqsəd qoyan “Qarabağ” klubu ilk əcnəbi transferini gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, komandamız ukraynalı qapıçı Anton Kanibolotski ilə 2-illik müqavilə bağlayıb.

Qolkiper artıq komandamızın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub. Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan qolkiper daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.

O, vaxtı ilə Ukraynanın 21 yaşlılardan ibarət yığmasına da dəvət alıb.

Həmin kateqoriyadan