“Qarabağ” klubu “Roma” ilə matçı stadiondan izləməyə hazırlaşanlara səsləndi

“Qarabağ” çempionlar liqasının qrupunda qarşılaşacağı İtaliyanın “Roma” klubu ilə ev oyununu canlı izləməyə hazırlaşan azarkeşlərə səslənib. Allsport.az saytı xəbər verir ki, “köhlən atlılar”ın müraciətində bunlar qeyd olunub:
“Bu gündən etibarən, “Qarabağ” – “Roma” matçına vauçerinizi biletə dəyişə bilərsiniz.
iTicketAZ – ın çatdırılma xidmətini sifariş edən azarkeşlərimizlə tezliklə əlaqə saxlanılıb çatdırılmanı həyata keçirəcəklər. Çatdırılma xidmətini sifariş etməyən azarkeşlərimiz, aşağıda qeyd olunan satış məntəqələrinə yaxınlaşaraq vauçeri biletə dəyişə bilər:
“Gənclik mall” və “28 mall” – da yerləşən satış məntəqələri;
Park Bulvar (Qarabağ FK Fanshop);
Məhəmməd Əmin Rəsulzadə 3 (Azərb.k yaxınlığı) Bül-bül prospekti;
Nizami küç. (Nizami k yaxınlığı);
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası).
Asan xidmət mərkəzləri;
Heydər Əliyev carayının kassası;
Vauçer biletə dəyişilən zaman, vauçerdə qeyd olunan şəxsiyyət vəsiqəsi mütləq təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet əldə etmək mümkündür. Stadiona daxil olarkən, şəxsiyyət vəsiqənizi və sizə məxsus bileti gətirməyi unutmayın.

Həmin kateqoriyadan