“Qarabağ” Londona yola düşüb

“Qarabağ” Avropa liqasının “E” qrupunda son matçını keçirəcəyi İngiltərəyə yollanıb. Allsport.az saytı xəbər verir ki, komandamız “Arsenal”ın qonağı olacağı Londona çarter reysi ilə yollanıb.

Bizimkiləri aparan təyyarə axşam saatlarında havaya qalxlb. Baş məşqçi Qurban Qurbanovun dekabrın 12-nə nəzərdə tutulan oyun öncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bundan 30 dəqiqə sonra açıq məşq olacaq.

“Emireyts” stadionunda görüşə 00:00-da start götürəcək.

Həmin kateqoriyadan