“Qarabağ” Norveç millisinin üzvü Tarix Əlyunussini heyətinə qatıb

“Qarabağ” yay transfer pəncərəsinin son günündə üçüncü, ümumilikdə isə yeddini transferini edib. Allsport.az saytı xəbər verir ki, komandamız Norveç millisinin üzvü Tarix Əlyunussini heyətinə qatıb.

Yunanıstanın “Olimpiakos” klubuna məxsus yarımmüdafiəçi bu mövsümü icarə əsasında “Qarabağ”ımızda keçirəcək. Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir.

28 yaşlı futbolçu peşəkar karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, sonra Niderlandın “Hereneven”, Norveçin “Lillström” və “Rusenburq”, Almaniyanın “Hoffenhaym” kimi klublarında çıxış edib. Ötən ilin yayında isə futbolçu “Olimpiakos” klubuna transfer olunub. Norveç milli komandasıyla 43 oyuna çıxan Tarik el Yunussi 9 qolla yadda qalıb.

Həmin kateqoriyadan