“Qarabağ” – “Olimpiya” görüşünün referiləri açıqlanıb

Çempionlar liqasının 1-ci təsnifat mərhələsində iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” – “Olimpiya” (Sloveniya) arasında cavab oyununa hakim təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, saat 21:00-da başlayacaq qarşılaşmanı İsraildən olan referilər briqadası idarə edəcək (Bu komandaların ilk matçında “köhlən atlılar” 1:0 hesabı ilə qələbə qazanıb):

Baş hakim: Erez Papir
Köməkçi hakimlər: David Elias Bitton, Eliyahu Casapu
Dördüncü hakim: David Fuxman (hamısı İsrail)
UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)
Hakim-inspektor: Sokol Jareçi (Albaniya)

 

Həmin kateqoriyadan