“Qarabağ” ötən günü 2 məşqlə başa vurub

“Qarabağ” Antalyada toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, Qurban Qurbanovun komandası günü 2 məşqlə tamamlayıb. İlk çalışma fitnes zalında tutub və təxminən bir saat davam edib.

Günün 2-ci hazırlığı saat 18:00-da start götürüb. Futbolçular ilk hissədə isinmə hərəkətlərindən sonra müəyyən fiziki təmrinləri və toplu çalışmaları yerinə yetirib.

Yağışlı hava şəraitində baş tutan məşqin ikinci hissəsində isə komanda 3 qrupa bölünüb və ikitərəfli oyun oynayıb. Bu dueldə isə “bozlar” qalib gəlib.

Həmin kateqoriyadan