“Qarabağ” yenə azlıqda “Sumqayıt”a qalib gəlib

Bu gün premyer liqada 12-ci tura start verilib. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. Bakı olimpiya stadionu ilk dəfə çempionat matçına ev sahibliyi edib – “Qarabağ” və “Sumqayıt” komandaları üz-üzə gəliblər.

Görüş meydan sahibləri üçün yaxşı başlamayıb. İlk yarım saatın tamamında qapıçı İbrahim Şehiç Ağdam təmsilçisini azlıqda qoyub. Amma bundan cəmi bir neçə dəqiqə sonra hesabı açan “Qarabağ” fasilədən sonra daha bir qol vurmaqla qələbəyə qazanıb.

Bu, “köhlən atlılar”ın cari çempionatda azlıqda qalmasına rəğmən, ilk sevinci deyil. Qurban Qurbanovun komandası 10-cu turda “Səbail”i və 6-cı turda yenə “Sumqayıt”ı 10 futbolçu ilə  məyus edib.

Həmin kateqoriyadan