“Qarabağ”ın 13 ehtimal rəqibi

Azərbaycanı növbəti dəfə çempionlar liqasında təmsil edəcək “Qarabağ”ın daha 4 potensial rəqibi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, 1-ci təsnifat mərhələsində mübarizə aparacaq “köhlən atlılar” səpələnmişlərin səbətində yer alacaq. Son vəsiqə qazananlardan “Sarayevo”, “Pyast” və “Sutyeska” səpələnməmişlərin sırasına düşüb.

Həmçinin qeyri-müəyyənlərdə göstərilən “Valletta”nın da artıq zəiflər arasında olacağı dəqiqləşib. Beləliklə, “Qarabağ”ın 16 potensial rəqibindən 13-nün adına aydınlıq gəlib. Ümumilikdə, ilk mərhədə mübarizə aparacaq 32 komandadan 29-u bəllidi. Onlardan 15-i səpələnmiş, 13-ü səpələnməmişdisə, “Suduva”nın hansı səbətdə qərarlaşacağı bilinmir. Bu, digər 3 komandanın reytinqindən asılı olacaq. 

Səpələnmişlər: “Seltik” (Şotlandiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Qarabağ” (Azərbaycan), “Maribor” (Sloveniya), “Srvena Zvezda” (Serbiya), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dundalk” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), TNS (Uels), “Slovan” (Slovakiya), AIK (İsveç).

Səpələnməmişlər: “Sarayevo” (Bosniya və Herseqovina), “Valletta” (Malta), “Pyast” (Polşa), “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torshavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan). 

Qeyri-müəyyənlər: “Suduva” (Litva), Bolqarıstan çempionu, Ermənistan çempionu, ilkin mərhələnin qalibi. Qeyd edək ki, çempionlar liqasının ilk və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək.

Həmin kateqoriyadan