- Baxış sayı: 44
- 23 Aprel 2024 10:26
- Baxış sayı: 45
- Aprel 23, 2024
- 0
Türkiyə 1-ci liqasında mövsümün sonuncu – 34-cü turunun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin sabiq müdafiəçisi Ufuq Budağın çıxış etdiyi “Qaziantep BB” səfərdə “Dənizlispor”la qarşılaşıb.
Matç futbolçumuzun komandasının böyük hesablı qələbəsi ilə başa çatıb – 5:2. Millimizin sabiq üzvünün adı bu matçın iştirak ərizəsinə daxil edilməyib. “Qaziantep BB” mövsümü 48 xalla 8-ci pillədə tamamlayıb.