“Qırmızı-qaralar”da 2 məşq

“Qəbələ” yeni mövsümünün hazırlıqlarını davam etdirir. Allsport.az saytı xəbər verir ki, iyunun 12-də evdə bir araya gələn “qırmızı-qaralar” çalışmanın 2-ci gününü 2 məşqlə yekunlaşdırıb.

Baş məşqçi Sənan Qurbanov günün birinci yarısında fiziki təmrinlər verib. Günün ikinci yarısında futbolçular həm fiziki hazırlıq keçib, həm də toplu çalışmaları icra edib.

Həmin kateqoriyadan