Qurban Qurbanov: Bakıda bizi daha çətin və ağır oyun gözləyir

“Qarabağ” çempionlar liqasının 1-ci təsnifat mərhələsinə qələbə ilə başlayıb. Allsport.az saytı xəbər verir ki, komandamız Lüblyanada “Olimpiya”ya 1:0 qalib gəlib. Görüşlə bağlı baş məşqçi Qurban Qurbanov bunu deyib.

“Gözlədiyimiz kimi, ağır qarşılaşma oldu. Sloveniya klubu bir daha yaxşı komanda olduğunu göstərdi. Futbolçularım meydanda çox güc sərf etdi.

Düzdür, bu gün minimal hesablı qələbə qazandıq. Amma Bakıda bizi daha çətin və ağır oyun gözləyir. Bu oyuna tam ciddi hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan