Qurban Qurbanov: Bakıya qayıtdıqdan sonra da futbolçularla söhbətlər edəcəyəm

“Ay-ulduzlular”ınız Antalyada yoldaşlıq oyununda moldovalı həmkarları ilə qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra baş məşqçimiz Qurban Qurbanov bunu söyləyib:

“Çətin oyun oldu. Futbolçulardan raz qaldım. Onlardan çox şey tələb edə bilməzdim. Meydanda çox düşündülər. Rəqib pressinq edir və daha çox müdafiədən oynayırdı. Üzərində işləməli olduğumuz çox nöqsanlar var. Həmçinin, futbolçular fərdi qaydada da öz üzərlərində çalışmalıdırlar.

Bakıya qayıtdıqdan sonra da onlarla söhbətlər edəcəyəm. İndi zəif komanda yoxdur. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərməlidir. Bəli, onların qol fürsətləri oldu. Əsasən, standart vəziyyətlərdən qol şansı qazandılar. Digər iki epizod isə bizim diqqətsizliyimizin nəticəsi idi. Amma hər hansı qurulan hücum nəticəsində qapımızda təhlükə yaratmadılar”.

Həmin kateqoriyadan