Qurban Qurbanov: “Çox vacib qələbə qazandıq”

Premyer liqasının 9-cu turunun son görüşündə “Qarabağ” klubu Bakıda “Xəzər Lənkəran”ı minimal fərqlə üstələtib. Allsport.az saytı xəbər verir ki, 3:2 hesabı ilə başa çatmış oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov bunları deyib: 

“Ən ağır oyunlardan birini keçirdik. Çox vacib qələbə qazandıq. “Xəzər Lənkəran” yaxşı komandadır. Bəlkə də çempionatda ən baxımlı oyun göstərən komandadır. Biz diqqətli olmalıyıq. Oyuna nəzarəti bir anlıq əldən vermişdik.

Lakin futbolçularımız sona kimi döyüşdülər. Qələbə qazandığımız üçün şadam. Növbəti turda “İnter”ə qarşı çətin oyunumuz var. Həmin qarşılaşmaya ciddi hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan