Qurban Qurbanov: Komanda daxilində bir həyəcan vardı

Topaz premyer liqasının 26-cı turunda “Neftçi” rəqib meydanında “Qarabağ”a 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, ev komandanın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında bunu deyib:

“Rəqibi təbrik edirəm. Məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Meydanda yaxşı futbol izlədik. Hər halda, meydanda mübarizə var idi.

Məğlub olmaq istəmirdim. Komandada qalib əhval-ruhiyyəsini qoruyub saxlamaq lazımdır. Neçə oyundu uduzmurduq. Buna görə, komanda daxilində bir həyəcan var idi ki, hər an uduza bilərik”.

Həmin kateqoriyadan