Qurban Qurbanov: “Olimpiya” çox çətin rəqibdir

“Qarabağ” çempionlar liqasının 1-ci təsnifat mərhələsində “Olimpiya” ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Qurban Qurbanov püşlə bağlı bunu deyib:

“Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq. Artıq bu gündən rəqibi təhlil etməyə başlayacağıq və oyuna qədər maksimum hazır olaq.

Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü”.

Həmin kateqoriyadan