Qurban Qurbanov: Rəqibimiz yetəri qədər güclü idi

“Normal oyun keçdi. Baxmayaraq ki, Avstriyada ilk oyunumuz idi, istərdik ilk rəqib bir az asan olsun. Bugünkü rəqibimiz yetəri qədər güclüydü”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bolqarıstan çempionu “Ludoqorets”ə 0:2 hesabı ilə uduzduqları yoxlama matçından sonra klubun saytına deyib. 47 yaşlı mütəxəssis bu oyunun  onlar üçün çox faydası olduğunu düşündüyünü söyləyib:

“Bəzi futbolçular 45, bəziləri 60 dəqiqə oynadı. Abbas Hüseynov və Rahil Məmmədov 90 dəqiqə meydanda oldular. Komandamdan razı qaldım. Toplanışın ilk mikrotsiklini belə oyunla başa vurmaq bizim üçün faydalı oldu”

Həmin kateqoriyadan