- Baxış sayı: 34
- 26 Aprel 2024 21:10
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
“Qarabağ” klubu və millimizin kapitanı Rəşad Sadıqovun zədəsinin son durumu məlum olub. Allsport.az saytı xəbər verir ki, futbolçumuz dünən Londonda həkim müayinəsindən keçdikdən sonra, onun ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub:
“”Fiorentina” ilə oyundan sonra zədələnmişdim. Sadəcə, elə görüşlər idi ki, mütləq iştirak etməli idim. Həkimlərlə oynayıb-oynamamağımı məsləhətləşəndə risk olduğunu bildirirdilər. Amma həmin oyunları kənardan izləyə bilmirdim. Həm Norveç, həm də PAOK-la matçlara zədəli çıxdım.
Təhlükə gözlənilən idi. Bakıdakı son məşqdə zədəmi təzələdim. Bacarıqlı bir alman həkim var. Qismətdən o da Londonda idi. Əlaqə saxladıq və müayinədən keçdim. Bazar ertəsindən müalicəyə başlayacağıq. Proqnozlara əsasən, ən azı 6-7 həftəyədək yaşıl meydanlardan kənarda qalacam”.