Roberto Bordin: “Hər kəsi şübhəli epizodları bir daha izləməyə çağırıram”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 13-cü turunda “Sabah”a qarşı oyuna şərh verib. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis 2:1 qalib gəldikləri matç barədə bunu söyləyib:

“İlk növbədə futbolçuların hər birini təbrik edirəm. İki dəfə azlıqda qalsaq da, son anadək mübarizə apardılar. Komandamın oyunundan çox razıyam.

Səhv etmirəmsə, 11 sarı vərəqə oldu və bunlardan 3-ü qırmızı vərəqə ilə nəticələndi. Hər kəsi şübhəli epizodları bir daha izləməyə çağırıram, amma əsas olan komandamızın oyunudur ki, bundan çox razıyam”.

Həmin kateqoriyadan