Roman Qriqorçuk: “Maynts”ın qələbəsi tam qanunauyğundur

Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun “Maynts” (Almaniya) – “Qəbələ” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Oyun haqda onu deyə bilərəm ki, “Maynts”ın qələbəsi tam qanunauyğundur. Meydanda baş verənlər göstərdi ki, rəqib daha güclü idi. Qələbə münasibətilə rəqibi təbrik edirəm. Öz futbolçularıma təşəkkür edirəm. Bu həm gördükləri işə, həm avrokubok mövsümünə görədir.

Bu məğlubiyyətə baxmayaraq, oyunçularımı çox üzülməməyə, başlarını uca tutmağa çağırıram. Çox yaxşıdır ki, biz bu səviyyəni gördük. Futbolçular başa düşməlidir ki, nəyə can atmalıdırlar və böyük futbol oynamaq üçün nə etməlidirlər”.

Həmin kateqoriyadan